Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

-

Twitter-də 2015-ci ildə ən çox izlənilən məşhurların adları açıqlanıb.

Sosial şəbəkədə izləyici sayına görə birinci yerdə məşhur müğənni Katty Perry (@katyperry) qərarlaşıb. Onun Twitter-də 78.3 milyon izləyicisi var.

Gənc qızların sevimlisi Justin Bieber (@justinbieber) də ən çox izlənilənlərdəndir.. 21 yaşlı məşhuru Twitter-də 70.5 milyon istifadəçi izləyir.

Twitter-də istifadəçilər tərəfindən ən çox izlənilən məşhurlardan biri də müğənni-aktrisa Taylor Swift–dir. (@taylorswift13). 25 yaşlı ulduzu sosial şəbəkədə 66.7 milyon istifadəçi izləyir.

Twitter-də ən çox izlənilən məşhurlar arasında ABŞ prezidenti Barack Obama (@BarackObama) da var. Onun izləyicilərinin sayı 66.5 milyondur.

2015-ci ilin ən çox izlənilən məşhurlar sırasında 27 yaşlı Hollivud ulduzu Rihanna-nın (@rihanna) da adı var. Onu Twitter-də 53.1 milyon istifadəçi izləyir.

XS
SM
MD
LG