Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:09

Qazaxıstanın keçmiş baş naziri Serik Akhmetov korrupsiya ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.

Karaqanda vilayət məhkəməsi dekabrın 11-də onu israfçılıq və külli miqdarda mənimsəmədə təqsirli bilib.

O ittihamları rədd edir.

O dekabrın 9-da məhkəmə prosesində ölkə prezidenti Nursultan Nazarbayevi onun səhlənkarlığa yol verməsini bağışlamağa çağırmışdı.

56 yaşlı Akhmetov əslən Karaqandadandır.

2012-ci ilin sentyabrından 2014-cü ilin aprelinədək baş nazir olub, ötən ilin aprelində müdafiə naziri vəzifəsinə təyin edilib, amma oktyabrda öz istəyi ilə istefaya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG