Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:49

Rusiya prezidenti Vladimir Putin Suriyadakı Rusiya ordusuna təhlükə olan istənilən hədəfin dərhal məhv edilməsini göstəriş verib.

Vladimir Putin dekabrın 11-də müdafiə nazirliyinin genişləndirilmiş kolleqiya iclasında çıxış edərkən qeyd edib ki, Suriyadakı terrorçular Rusiyaya birbaşa təhlükədir və Moskvanın hərəkətləri mücərrət maraqlar yox, ölkəni qorumaq məqsədindən irəli gəlir.

Putin deyib ki, Suriyadakı Rusiya ordusunun hərəkətləri İsrailin komandanlıq məntəqəsi və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə razılaşdırılmalıdır.

O xüsusilə uçuşların təhlükəsizliyinin təmin edilməsini vurğulayıb.

Putin həmçinin bildirib ki, ölkənin bütün nüvə birləşmələri yeni silahlarla təhciz edilməli, raket hücumlarından xəbərdarlıq və kosmik müdafiə sisteminin effektliyi artırılmalıdır.

Qeyd edək ki, Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatları keçirir.

Moskva əsas hədəfin “İslam Dövləti” və digər ekstremist qruplar, Suriya müxalifəti ilə Qərb ölkələri isə Bashar Assada qarşı mübarizə aparan üsyançıların olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG