Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:34

"AMAY Abdulla"nın cəzası qüvvədə saxlanıldı


Abdulla Abdullayev
Abdulla Abdullayev

►"Bu qərar məhkəmələrin icra strukturlarından asılı olduğunu bir daha sübut etdi"

"AMAY" Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatdı.

"AMAY Abdulla" kimi tanınan işadamının 13 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanıldı.

Buna da bax: Sahibkarlara seçim haqqı verildi...

“Mən zərərçəkmiş deyiləm”

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində yekun qərar elan olunmamışdan əvvəl iş üzrə zərərçəkmiş qismində tanınmış Müşfiq Həcəfov dindirildi. O, Əflatun Qasımovun sədrlik etdiyi hakimlər heyətindən adının zərərçəkmişlər siyahısından çıxarılmasını istədi:

"Mən zərərçəkmiş deyiləm..."

Daha sonra dövlət ittihamçısı çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əsaslı olduğunu bildirdi və onun qüvvədə saxlanılmasını istədi.

Təxminən beş dəqiqəlik müşavirədən sonra Əflatun Qasımovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya şikayətinin təmin olunmaması və Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2015-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarı elan etdi.

Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə işadamı 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilir. Şərti cəza alanlardan yalnız Elşən Novruzov apellyasiya şikayəti vermişdi ki, o da təmin olunmadı.

Buna da bax: Keçmiş nazir müavini məhkəmədə: “Lazım gəlsə..."

“Deyir ki, kimlərinsə sifarişilə həbs olunmuşam”

Abdulla Abdullayevin vəkili Osman Kazımov Bakı Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Bu barədə AzadlıqRadiosuna danışan vəkil bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək:

"Apellyasiya məhkəməsi heç bir araşdırma aparmadan qanunsuz qərar çıxardı. Məhkəmə prosesində ciddi qanun pozuntularına yol verildi. Bu qərar həm də məhkəmələrin icra strukturlarından asılı olduğunu bir daha sübut etdi".

Vəkilin sözlərinə görə, Abdulla Abdullayev də qərarın sifarişli olduğunu deyir:

"O, hesab edir ki, kiminsə sifarişilə həbs olunub və buna uyğun da qərar verilir".

Elşən Novruzovun vəkili Adilə Məmmədova da Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcək.

Bilirəm ki, Azərbaycanda ədalətə nail olmayacam
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG