Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

“ATƏT-in Minsk qrupu 2016-cı ildə ATƏT-in sədri kimi Almaniya ilə Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı əməkdaşlığa ümidlə yanaşır”.

Bunu Trendə müsahibəsində Minsk qrupunun amerikalı həmsədri James Warlick deyib.

O bildirib ki, Almaniya həmsədrlərə münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə tam dəstək göstərəcəyini vəd edib.

James Warlick bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında tezliklə növbəti görüş keçirilməsi və əməli addımlar atılmasını vaxtı çoxdan yetişib.

Rusiyanın yeni təkliflərinə gəldikdə isə həmsədr deyib ki, tərəflər hazırda həmsədrlərin dəstəklədikləri bir neçə təklifləri nəzərdən keçirirlər: "Rusiyanın xarici işlər naziri Sergei Lavrovunmünaqişənin həllində vasitəçi kimi böyük təcrübəsi var və biz onun iştirakı və həmsədrlərlə işə sadiqliyini alqışlayırıq. Ümumi hədəf odur ki, bu münaqişənin regionda bütün insanların marağına uyğun gələn həlli yolu tapılmalıdır"-deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG