Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

Futbol üzrə Avropa Liqası 1/16 final mərhələsinə çıxan bütün komandalar müəyyənləşib.

32 komandadan 24-ü qrupda ilk 2 yeri tutanlar, 8-i isə 3-cü yerdən çıxanlardır.

Dekabrın 14-də püşkatma keçiriləcək və artıq səbətlərin tərkibi də müəyyənləşib.

Səpələnmişlər: "Bayer (Almaniya), "Mançester Yunayted" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Portu" (Portuqaliya), "Atletik" (İspaniya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Krasnodar" (Rusiya), "Latsio" (İtaliya), "Liverpul" (İngiltərə), "Lokomotiv" (Rusiya), "Mölde" (Norveç), "Napoli" (İtaliya), "Rapid" (Vyana, Avstriya), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya)

Səpələnməmişlər: "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Anderlext" (Belçika), "Auqsburq" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Vilyarreal" (İspaniya), "Marsel" (Fransa), "Midtyullann" (Danimarka), "Sent-Etyen" (Fransa), "Sparta" (Praqa, Çexiya), "Sportinq" (Portuqaliya), "Syon" (İsveçrə), "Fənərbağça" (Türkiyə), "Fiorentina" (İtaliya)

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq və16 cütlük olacaq.

Qaydalara əsasən, eyni ölkənin 2 təmsilçisi və qrupda birgə çıxış etmiş komandalar 1/16 finalda bir-birinə rəqib ola bilməz. Bundan başqa UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları bir-birinə rəqib olmayacaq.

1/16 final mərhələsinin oyunları 2016-cı il fevralın 18-i və 25-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanı bu mərhələdə təmsil edən "Qəbələ" və"Qarabağ" klubları qrup mərhələsini keçə bilməyiblər.

Qarabağ səfərdə Belçikanın“Anderlext” klubu ilə oyunda hesabı açsa da üstünlüyün sonadək qoruya bilməyib və görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

Qəbələ isə Bakıda Krasnadara 0:3 hesabı ilə məğlub olub.

Türkiyə klublarından isə təkcə "Fənərbaxça" növbəti mərhələyə adlaya bilib.

Çempionlar Liqasında qrup mərhələsini üçüncü yerdə başa vuran "Qalatasaray" da mübarizəni Avropa Liqasında davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG