Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:52

Banklar dollar siyasətini dəyişir


Dollar
Dollar

-

Aparıcı riteyl (fiziki şəxslərə xidmətlər göstərən) banklar dollar üzrə depozit faizlərini 3 faizdən 7 faizədək yüksəldiblər.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bir müddət öncə, sığortalanan 30 min dollar əmanətə ildə orta hesabla 900 dollar divident hesablayan banklar həmin məbləğə görə artıq 2100 dollar təklif edirlər: «Manatla əmanətlərə 12 faizdən çox divident təklif edən banklar… daha çox depozit cəlb etmək üçün xarici valyutalara da nisbətən isti münasibət bəsləməyə çalışırlar. Çünki milli valyuta ilə divident faizlərinin yüksək olmasına baxmayaraq, vətəndaşlar potensial valyuta risklərini sığortalamaq üçün xarici valyuta ilə depozitlərə üstünlük verir. Xarici valyuta depozitlərinə əvvəllər aşağı faizin təklif edilməsi isə vətəndaşlarda əmanət qoyuluşlarına stimul yaratmırdı. Təbii ki, banklara olan inamın azalması da bu məsələdə rol oynayırdı».

KOOPERATİV BANKLARDA FAİZLƏR ƏVVƏLKİ SƏVİYYƏDƏDIR

Ekspert deyir ki, əmanət qəbul edən kooperativ banklarda isə xarici valyuta üzrə faizlər yenə də əvvəlki səviyyədə saxlanılıb: «Xarici valyuta üzrə faiz dərəcələrinin artırılması birbaşa bankların nağd vəsaitlərə ehtiyacının yüksəlməsi ilə bağlıdır. Bu ilin iyun ayında depozitlərin həcmi 7 milyard 653 milyon idisə, iyul ayında 7 milyard 605 milyon manat, avqustda 7 milyard 320 milyon manat, sentyabrda 7 milyard 311 milyon manat, oktyabrda isə 7 milyard 172 milyon manat olub. Azalmanın əsas səbəbi milli valyuta ilə olan əmanətlərin bir qisminin banklardan geri çəkilməsidir. Xarici valyuta üzrə depozit faizlərinin kəskin azaldılması da təsirsiz ötüşməyib. Bu baxımdan banklar artırılmış depozit faizləri ilə daha çox vəsaitlər cəlb etməyə çalışacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG