Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:19

-

Milli Məclisin Mədəniyyət komitəsinin yeni seçilən sədri Rəfael Hüseynov komitənin iclaslarına qatılmayan deputatlara xəbərdarlıq edib:

«Bu, tək bizim komitənin üzvlərinə deyil, bütün deputatlara aiddir. Komitənin işinin pozulması isə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Gələn dəfə eyni hal təkrarlansa, parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik».

Dekabrın 11-də Komitənin ilk iclasında çıxış edən Rəfael Hüseynov bildirib ki, nizam-intizam qaydalarını pozan deputatlar haqqında ciddi tədbirlər görüləcək.

«Ülviyyə Həmzəyeva Naxçıvandan olan rəssam xanımdır. Komitə katibliyi Ü.Həmzəyevaya zəng edərək iclasa gəlməyinin vacibliyini bildirib. O isə işi olduğuna görə iclasa qatıla bilməyəcəyini qeyd edib. İnsanın həyatında Milli Məclisə seçilməkdən şərəfli bir iş yoxdur. Bundan vacib sizin üçün nə iş ola bilər?! Zeynəb Xanlarovanı da hər kəsdən əvvəl tanıyıram. O, mədəniyyətimiz üçün mühüm işlər görüb və çox gərəkli insandır. Zeynəb xanım da iclasda iştirak etsin və öz məsləhətləri ilə komitənin işinin inkişafına töhfəsini versin», Rəfael Hüseynov deyib. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG