Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:45

-

Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev nazirlikdə baş verən son hadisələrə münasibət bildirib.

APA informasiya agentliyinin nın məlumatına görə, M. Quliyev qeyd edib ki, nazirlikdə işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır: “Biz hesab edirik ki, Milli Təhlükəsizlik Nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.

M. Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

O, MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb: “Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG