Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

Xəzərdə neftçilərin axtarışı davam edir


Yanğın.
Yanğın.

-

«Günəşli» yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına cəhd göstərilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin «Vixr-5» və «Vixr-8» tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və «B-200ÇS» təyyarəsi isə itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Dekabrın 4-də «Günəşli» yatağındakı 10 saylı platformada sualtı qaz xəttində yanğın başlayıb, nəticədə 23 nəfər itkin düşüb, 7 nəfər ölüb.

XS
SM
MD
LG