Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:40

-

Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının «Hüseyniyə» məscidi bağlanıb.

Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, məscid Nardaran ziyarətgahının axundu Hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. Məlumata görə, özünü «Müsəlman birliyi hərəkatı» adlandıran qurumun üzvləri bu məsciddə namaz qılırmış.

Hacı Nuhbala Rəhimov Nardaran hadisələrində təqsirli bilinərək barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

Azərbaycan hakimiyyətinin verdiyi rəsmi məlumatlarda deyilir ki, noyabrın 26-da Nardaranda reyd keçirilərkən iki polis və beş silahlı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG