Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

-

Gürcüstan hava məkanının Rusiya hərbi vertolyotu tərəfindən pozulduğunu bildirir. Müdafiə Nazirliyi dekabrın 10-da bəyan edib ki, bir gün öncə Rusiyanın Mi-8 vertolyotu Gürcüstanın separatçı Cənubi Osetiya regionunda “işğal xətti”ni keçib və bir neçə dəqiqədən sonra geri qayıdıb. Nazirlik insidentin təxribat xarakteri daşıdığını, regionda təhlükəsizlik və sabitliyə təhlükə yaratdığını bildirib.

Rusiya Müdafiə Nazirliyi isə iddianı rədd edib, Rusiya döyüş vertolyotunun Gürcüstan sərhədində belə uçuş həyata keçirmədiyini söyləyib.

Gürcüstan rəsmiləri ölkənin separatçı Cənubi Osetiya və Abxaziya ilə administrativ sərhədini “işğal xətti” adlandırır.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla 5 günlük müharibədən sonra hər iki regionun müstəqilliyini tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG