Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

-

Bosniya-Herseqovinanın avtonom serb regionu bildirir ki, dövlət məhkəməsi, prokurorluq və polislə əməkdaşlığı dayandırır. Onlar hərbi cinayətlərlə bağlı reydə etiraz edirlər.

Əsasən etnik serblərdən ibarət Srpska Respublikasının hökuməti bunu dekabrın 10-da elan edib. Bundan bir neçə saat öncə isə polis 1992-95-ci il Bosniya müharibəsi zamanı qeyri-serblərə qarşı cinayətlər törətməkdə şübhəli bilinən 5 etnik serbi həbs edib.

Yerli parlament hökumətin qərarını dəstəkləyib. Srpska Respublikası Bosniya milli məhkəməsinin yurisdiksiyası üzrə referendum keçirməklə də hədələyir. Qərb bundan dərin narahatlığını bildirib. Belə ki, Bosniya müharibəsindən sonra yaranmış, yüksək səviyyədə mərkəzsizləşdirilmiş ölkənin bütövlüyündən söhbət gedir.

Münaqişədən sonra Bosniya-Herseqovina iki böyük avtonom vahid – Müsəlman-Xorvat Federasiyası və Srpska Respublikasından ibarət olmaqla yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG