Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:45

Suriya müxalifəti razılaşdı


Suriya, Homs şəhəri boşaldılır, 10 dekabr, 2015-ci il

Suriya, Homs şəhəri boşaldılır, 10 dekabr, 2015-ci il

-

Suriyanın müxalifət qruplarından çoxu gələn ay hökumətlə danışıqlara razılaşıblar. Məqsəd ölkədə beş illik vətəndaş müharibəsinin siyasi həllinə nail olmaqdır.

Səudiyyə Ərəbistanında keçirilən iki günlük danışıqlardan sonra belə bir razılıq əldə olunub. 100-dən artıq təmsilçi Dəməşq dünyəvi siyasətçilərindən tutmuş, sərt-xətt tərəfdarı olan islamçı üsyançılara qədər müxtəlif qrupları əhatələyirdi. Onlar gələn ayın əvvəlində Assad hökuməti ilə sülh danışıqlarının hazırlanmasna razılıq veriblər.

Ancaq müxalifət danışıqlarda iştirak üçün böyük bir şərt qoyub: “Bashar al-Assad və köməkçiləri keçid müddəti başlayan kimi hökuməti tərk etsinlər”.

Birləşmiş Ştatlar razılaşmanı alqışlayıb, Baş katib John Kerry bunu Suriyada sülhün tapılmasına doğru “vacib addım” adlandırıb.

“Plüralist və demokratik Suriya üzrə konsensusun əldə olunması daxil müsbət nəticəni alqışlayırıq”, Kerry deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG