Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:38

İran azərbaycanlısının Parisdə şair Bodler haqda kitabı çıxıb


Dariush Shayegan

Dariush Shayegan

-

Aydin Agdashloo

Aydin Agdashloo

Azərbaycan Demokratik Cümhuriyyətinin (1918-20) daxili işlər naziri Məmməd Hacıyevin oğlu, İranın nüfuzlu rəssamı və sənətşünası Aydın Ağdaşlı (Agdashloo) 9 ay Avropada yaşayandan sonra İrana qayıdıb və İranın kitab xəbərləri agentliyinə deyib:

"Biz öz incəsənət tariximizi Qərb qaynaqları və kitabları vasitəsilə tanıyır və oxuyuruq. Öz incəsənət tariximizi öyrənmək üçün Qərb qaynaqlarına istinad edirik, ancaq Qərb mədəniyyəti və sivilizasiyası haqda öz yerli yazıçılarımızın qələmə aldığı sanballı əsərlər olduqca azdır."

"Ləzzətlə oxuduğum son əsər Dariush Shayegan'ın (İran Azərbaycanından olan tanınmış filosof. Parisdə yaşayır. Bir çox əsərlərini fransıca yazıb - red.) on doqquzuncu yüzilin dahi şairlərindən biri sayılan Şarl Bodler (Charles Baudelaire) haqda yazdığı “Ayıqlıq Cununu” kitabıdır.

Bizim yazıçının dünyanın dahi ədəbi şəxsiyyətlərindən biri haqda yazdığı yeni və bədii düşüncələrlə dolu olan əsəri böyük və əhəmiyyətli bir hadisədir.

Bu əsərin nəşri tədqiqatçılar üçün yeni bir fürsətdir, araşdırma sahəsinə işıq çiləməkdədir."

Xəbəri farscadan çevirən: Elşən Böyükvənd

Günün bütün mövzuları

XS
SM
MD
LG