Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Ermənistan Hüseynəli xanın tikdirdiyi Göy məscidi İrana verir- [Fotolar]


►Məscidin içindən videoreportaj

Ermənistan hakimiyyəti Yerevandakı Göy məscidi müvəqqəti İranın istifadəsinə verir.

AzadlıqRadiosu erməni xidmətinin dekabrın 10-da yaydığı məlumata görə, İranın Ermənistandakı səfirliyi ilə Ermənistanın müvafiq qurumları arasında belə bir razılıq əldə olunub.

Ermənistan hökumətinin qərarına əsasən, tarixi və mədəni mərkəz kimi fəaliyyət göstərən Göy məscid və onun ətrafındakı ərazi Ermənistanın mülkiyyətinə çevrilib.

Amma məsçidin 99 illik İranın istifadəsinə verilməsi ilə bağlı müqavilə imzalanacaq.

Məscid mədəni mərkəz kimi fəaliyyət göstərəcək. Hazırda orda əsasən Ermənistanda çalışan, yaxud turist gələn kimi İran vətəndaşları ibadət edir. (Yazının ardı məscidin içindən hazırlanmış videoreportajdan aşağıda)

Yerevanda məscid
Gözlə
Embed

No media source currently available

0:00 0:02:15 0:00

Göy məscid 1766-ci ildə İrəvan xanı Hüseyn Əli Xanın əmri ilə tikilib. (başqa tarixlər də göstərilir).

Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.

Buna da bax: Sabir Həsənli: «Meyitdən qisas almaq olmaz»

Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü sökülüb.

1995–2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG