Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə əsas namizəd sayılan Donald Trump İsralə nəzərdə tutulan səfərini təxirə salıb.

O dekabrın 10-da bildirib ki, İsrailə sonra, ABŞ prezidenti seçiləndən sonra gedcək.

Donald Trump deyib ki, bu səfər İsrailin baş naziri Benjamin Netanyahuya problem yaratdığı üçün belə qərar verib.

Trumpun müsəlmanların Birləşmiş Ştatlara girişinə qadağa qoyulmasını təklif eləməsindən sonra İsraili bu səfərə icazə verməməyə çağırırdılar.

Deputatlar baş nazir Benjamin Netanyahuya məktub yazaraq Trumpla görüşü təxirə salmağa çağırmışdı.

Ancaq Netanyahu dekabrın 9-da bu təklifi rədd eləyib, eyni zamanda Trumpun müsəlmanlarla bağlı fikirləri ilə razılaşmadığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG