Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

Moskva Suriyada etnik təmizləmə aparmaqla bağlı Türkiyənin ittihamını rədd edib.

Rusiya xarici işlər nazirinin müavini Maria Zakharova bu ittihamın əsassız olduğunu bildirib.

Türkiyənin baş naziri Ahmet Davutoglu dekabrın 9-da Rusiyanı Suriyanın şimalında Bashar Assad rejiminə qarşı olan tükmənlər və sünni ərəblərə qarşı etnik təmizləmə aparmaqda ittiham edib.

Davutoglu deyib ki, Rusiya onları Latakiyə əyalətindən çıxarmağa çalışır.

Qeyd edək ki, Rusiyanın Latakiyədə hərbi-hava bazası var.

Davutoglu həmçinin bildirib ki, Rusiya mötədil Suriya müxalifətinin mövqelərini vurmaqla “İslam Dövləti” qrupunu möhkəmləndirir.

Türkiyənin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.

Rusiya buna görə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Həmçin Türkiyə cavab sanksiyalarına baxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG