Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

Son ayda İranda donuz qripindən 42 nəfər ölüb.

Bu barədə dekabrın 10-da İranın səhiyyə naziri Hassan Ghazizadeh Hashemi məlumat verib.

O təkcə Kerman əyalətində 33 adamın öldüyünü, 600 nəfərinsə xəstəxanaya düşdüyünü bildirib.

Həmçinin ölkənin cənub-şərq və cənub-qərbində bu virusdan 5, Tehranın 30 kilometrliyində yerləşən Karajda isə 1 nəfər ölüb.

Səhiyyə nazirinin müavini Ali Akbar Sayyari dekabrın 9-da virusun Kirmanşah və Şərqi Azərbaycan əyalətlərinə yayılacağını xəbərdarlıq edib.

Kirmandan olan deputat Mohammad Mehdi Zahedi isə Kirman və qonşu Sistan-Bəlucistan əyalətində azı 40 nəfərin bu virusdan öldüyünü bildirib.

Sistan-Bəlucistan əyaləti Pakistan və Əfqanıstanla sərhəddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG