Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

A.Məhərrəmov Türkan Şoray-a mükafat verdi


-

Dekabrın 10-da Türkiyə aktrisası Türkan Şoray və qızı Yağmur Ünal Bakı Dövlət Universitetində tələbələrlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunub.

Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Türkan Şoray-ın bütün dünyada kinosevərlər tərəfindən yaxşı tanındığını söyləyib: «Onun əsli-kökü Azərbaycandandır. O, bizim qəlbimizdə yaşayan sənətkardır. Türkan xanım kino aləmində özünü təsdiqləmiş sənət adamlarındandır. Bir sözlə o, öz sənətinin sultanıdır».

Sonra BDU-nun rektoru Abel Məhərrəmov Türkan Şoray-a «Universitetin ən böyük dostu» mükafatını, qızı Yağmur Ünal-a isə universitetin gümüş medalını təqdim edib.

T.Şoray deyib: «Bir az əvvəl göz yaşlarımı saxlaya bilmədim. Mənə bu xoşbəxt hissləri yaşatdığınıza görə çox sağ olun».

Dekabrın 9-da Nizami Kino Mərkəzində Türkan Şoray-ın rejissoru olduğu, qızı Yağmur Ünal-ın baş rolda oynadığı «Uzaklarda arama» filminin təqdimatı keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG