Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

«Bütün hüquqlar pozulur»


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

-

Dekabrın 10-u beynəlxalq insan haqları günüdür. Azərbaycanda insan haqları necə qorunur? Bu sualı hüquq müdafiəçisi Oqtay Gülalıyevə veririk.

- Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda insan haqlarının müdafiəsi çox aşağı səviyyədədir. Baxmayaraq ki, ölkədə bu sahədə kifayət qədər qanunvericilik aktları var, Konstitusiyada bir çox müddəalar təsbit edilib, Azərbaycan bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir, öhdəlikləri var və s. Ancaq yenə təəssüflə deyirəm ki, ölkə vətəndaşlarının hüquqları yetərincə qorunmur. Məhz bunun bariz nümunəsidir ki, bu gün ölkədə 100-dək siyasi məhbus var. Onlar siyasi fəaliyyətlərinə, siyasi baxışlarına görə bu gün həbsxanadadırlar. Bir ölkədə ki seçki total saxtakarlıqla keçirilir, milyonlarla seçicinin hüququ tapdanır, bunun özü insan hüquqlarının pozulmasına ən bariz nümunədir.

- Sizcə, daha çox hansı sahədə hüquq və azadlıqlar pozulur?

- Mən fərq qoymazdım. Məncə, «bütün sahələrdə hüquqlar pozulur» desək, daha doğru olardı. Bu gün siyasi hüquqdan tutmuş insanların istirahət hüququna qədər tapdanır. Azərbaycanda təkcə ictimai-siyasi fəalların hüquqları məhdudlaşdırılmayıb. Əhalinin müxtəlif kəsimləri də hüquqsuzluqla üzləşir, sıravi vətəndaşın mülkiyyət hüququ, sosial, iqtisadi, mədəni və başqa hüquqları da tapdanır. Yaxın günlərdə «Günəşli» yatağında olanlara diqqət yetirmək kifayətdir. İnsanların hüquqları qorunsaydı, onları fırtınalı havada platformada saxlamazdılar. Onları vaxtında təxliyə edər, həyatlarını xilas edərdilər. Bu gün onların yaxınları, doğmaları bu itkini, bu dərdi yaşamazdılar.

- Bu hüquqların təmin edilməsi üçün ilk növbədə nə lazımdır?

- Düşünürəm ki, bu sahədə fundamental islahatlar aparılmalıdır. İnsan hüquq və azadlıqlarının təmin olunması üçün ciddi addımlar atılmalıdır. O halda insan haqları ilə bağlı daha ürəkli danışa bilərik.

- O zaman islahatlara haradan başlamaq lazımdır? Məhkəmələrin müstəqilləşdirilməsindən, seçki hüququnun tam təmin edilməsindən ya ümumiyyətlə, siyasi hüquqlardan?

- İlkin növbədə qanunlar təkmilləşdirilməlidir. Eləcə də məhkəmə müstəqil olmalıdır, yəni ədalətli mühakimə hüququ təmin edilməlidir. Bu, şərtdir. Ancaq bundan öncə ortada siyasi iradə olmalıdır. Azərbaycanda demokratik cəmiyyət qurulmalıdır ki, söz, ifadə, seçki, məhkəmə, mülkiyyət və başqa hüquqların təmin olunmasına qarant dursun. Hakimiyyət üzərində xalq nəzarəti olmalıdır. Bu olmadığından problemlər yaşayırıq. Bütün problemlər burdan başlayır. Bunun olması üçünsə, dediyim kimi, siyasi iradə olmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG