Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Bəxtiyar Vahabzadə Ankarada anıldı


 Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə

-

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən Ankarada Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə anma mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mənzil-qərargahında keçirilən mərasimdə türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və ədəbiyyatsevərlər iştirak ediblər.

Öncə şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Çıxışçılar Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndiriblər.

Çıxışlarda Bəxtiyar Vahabzadənin şeir sənəti və fikirlərinin bütün Türk dünyasında dərin iz qoyduğu, xalqın azadlıq mübarizəsi və Azərbaycan dilinin qorunmasındakı əhəmiyyətli rolu, 60-a yaxın ölkədə 200-dək kitabı çap edildiyi və dünyada ən çox oxunan ədəbiyyatçılar sırasında olduğu vurğulanıb.

Mərasimdə Bəxtiyar Vahabzadənin kitablarından qurulmuş sərginin açılışı olub.

Şairin adını daşıyan orta məktəbin şagirdləri Bəxtiyar Vahabzadənin şeirlərini səsləndiriblər.

Azərbaycan və Türkiyədən olan incəsənət ustaları şairin sözlərinə yazılmış mahnılar ifa ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG