Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:17

Beyin siqnalları ilə idarə olunan avtomobil hazırlandı


Avtomobili sürmək üçün xüsusi başlıq yaradılıb.

Avtomobili sürmək üçün xüsusi başlıq yaradılıb.

-

Çinin Nankay Universitetində tədqiqatçılar beyin siqnalları ilə idarə olunan avtomobil hazırlayıblar.

Avtomobili sürmək üçün xüsusi başlıq yaradılıb. Sürücü 16 senzordan ibarət olan bu başlığı taxmalıdır. Sonra senzorlar beyin siqnallarını oxuyub kompüter proqramına ötürür. Proqramla bu siqnallar avtomatik əmrlərə çevrilib avtomobilə göndərilir.

Hazırda bu texnologiya maşını irəli-geri sürməyə, dayandırmağa, qapıları kilidləyib açmağa imkan verir.

Bundan iki il əvvəl başladılan layihənin məqsədi əngəlli insanların avtomobil sürməsini təmin etməkdir.

Universitetin tədqiqatçıları bildirib ki, texnologiyanın sürücüsüz avtomobillərə də inteqrasiyasına ümid edirlər.

Avtomobil Çinin «Great Wall Motors» şirkətinin əməkdaşlığı ilə hazırlanıb.

XS
SM
MD
LG