Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:44

Qaçqınlara evlərinə qayıtmaq üçün pul verirlər


Norveçdə qaçqınlar.
Norveçdə qaçqınlar.

-

Norveç hökuməti bu ölkədə sığınacaq istəyən qaçqınların evlərinə qayıtması üçün onlara pul verir. Ölkəni könüllü tərk edən şəxslərə on minlərlə kron təklif olunur, uçuş pulları da ödənilir. Bu barədə «The Independent» qəzeti yazır.

İmmiqrasiya departamentindən Katinka Hartmann deyib ki, Suriya, İraq, Yaxın Şərq və Afrikadan gələn xeyli insan tezliklə qoruma əldə etmək istəyir, aylar, bəzən illərlə çəkən prosesi gözləyə bilmirlər. «Onlar burada iş və ya təhsil imkanı əldə edəcəklərini, hətta ailələrini də Norveçə gətirəcəklərini düşünüblər», - o, NRK televiziyasına deyib.

«Uzun müddət Norveç adamları məcburən Somaliyə qaytara bilməyib, ancaq indi bunu edə bilirik və məncə, qayıtmaq öhdəliyi olan daha çox somalili - qayıtmasına yardım olunarsa - belə edər».

Rəsmi rəqəmlərə görə, 900-dən çox adam Norveçdən çıxmaq məqsədilə maliyyə yardımı üçün müraciət edib. Məsələn, 2 uşağı olan ailə uçuş biletindən savayı 80 min kron (6 min 200 funt sterlinq) ala bilər. Müraciət edənlərin sayı artmaqdadır.

Belə ki, ilin əvvəlində ayda ortalama 100 müraciət olurdusa, oktyabrda 150, noyabrda 230 müraciət olunub. Sığınacaq üçün müraciəti rədd olunanlar isə iqtisadi yardım da ala bilərlər.

Yanvarda Norveçdə sığınacaq üçün 570, oktyabrda isə 8 min 575 müraciət daxil olub.

V.Putin və R.T.Erdoğan
V.Putin və R.T.Erdoğan

ENERJİ MÜNASİBƏTLƏRİNDƏ BAL AYI BİTDİ

Ötən ilin payızında Rusiya və Türkiyə «Türk Axını» kəməri üzrə razılaşma əldə etdilər. Bu sənəd iki ölkənin enerji əməkdaşlığını daha da yaxınlaşdıracaq, regionda enerji oyununu dəyişəcək, uzunmüddətli perspektivdə siyasi münasibətləri möhkəmləndirəcəkdi. Ancaq bir ildən sonra Moskva Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra danışıqları dayandırır. Bu, Rusiyanın Suriyaya hərbi müdaxiləsi ilə başlanmış şübhələri tamamlamış oldu. Eyni zamanda Türkiyənin Avropa Birliyinin enerji strategiyasında rolu sarıdan da şübhələr yaranır. Avropa Siyasət Mərkəzinin saytında siyasi təhlilçi Marco Giuli yazır ki, əslində, «Türk Axını» həm Rusiya, həm də Türkiyəyə sərfəli idi.

Ancaq «Türk Axını»nın dayandırılması ilə Rusiya daha çox Ukrayna marşrutundan asılı qalacaq. Elə «Gazprom» rəhbəri də deyirdi ki, bəzi ölkələr 2019-cu ildən sonra da Ukrayna vasitəsilə təchiz olunacaqlar. Türkiyə Rusiyadan qaz alışını azaldan deyil, ancaq «Türk Axını»nın dayanması, azından, qazın həcminin artırılmasına imkan verməyəcək.

Müəllif yazır ki, «Türk Axını»nın dayandırılması, prinsipcə, AB üçün yaxşı xəbərdir. Rusiya qismən Ukrayna ərazisindən tranzitdən asılı qalacaq. Rusiya rəqabətinin azalması Türkiyədə qiymətləri digər regional istehsalçılar üçün daha cazibədar edər, təbii ki, siyasi mühit sabitləşərsə. Ancaq anbarların məhdudluğu, tələbin artması Türkiyədə ciddi təchizat təhlükəsizliyi problemi yaradır ki, bu da Rusiyadan idxalın artması ilə nəticələnir. Türkiyə ordusunun PKK silahlıları ilə savaşı nəticəsində tranzitdə getdikcə daha çox kəsilmələr yaranır. Tranzit xətlərinə hücumlar olub:

«Bu səbəbdən Türkiyədə enerji təhlükəsizliyi durumunun getdikcə pisləşdiyi aydın görünür, bu ölkə AB-yə təchizatın şaxələndirilməsində etibarını itirməyə başlayır…».

Elektrik xətləri
Elektrik xətləri

«AB Türkiyəni enerji dərdlərinə məlhəm kimi görürsə, əvvəlcə bu ölkənin enerji şoklarına dayanıqlığını artırmasına, təhlükəli marşrutlardan və təhlükəli qonşulardan asılılığının azalmasına kömək etməlidr. Daha yaxşı siyasi mühit və Türkiyənin Enerji İcmasına üzvlüyü bu məqsədə xidmət edər. Əks halda, Türkiyənin potensial tranzit rolu AB-yə fayda gətirməz, ziyana salar».

KRIMDA ELEKTRİK BÖHRANI NƏYİ ÜZƏ ÇIXARDI

«Stratfor» Araşdırmalar Mərkəzi dekabrın 8-də Krıma elektrikin üç həftədən sonra bərpa edilməsindən yazır. Ukraynadan təchizatın başlanması Rusiya ilə münasibətin düzəlməsi kimi görünə bilər, ancaq əslində başqa qənaətə də gəlmək mümkündür. Elə partladılmış dörd xətdən yalnız birinin bərpasının bu qədər vaxt aparması əlaqələrin necə pisləşdiyini üzə çıxarır:

«Xətlərin dördü də texniki baxımdan bir neçə saata təmir oluna bilərdi. Ancaq həftələr çəkdi. Digər tərəfdən, bərpa olunan xətt həm də Ukraynanın cənubunda iki bölgəni elektriklə təmin edir. Yəni, təmirin, azından, daxili problemi həll etmək üçün aparıldığı görünür. Üstəlik, Ukrayna hökuməti digər üç xəttin bərpası barədə konkret tarix göstərmir».

Görünür, Krımın elektrik böhranı bir müddət davam edəcək və Rusiya da önləyici planlar hazırlayıb. Krıma «elektrik körpüsü» çəkilməyə başlanıb. Bu arada Ukraynanın şərqində döyüşlər də şiddətlənir:

«Açıq-aşkar görünən odur ki, Ukrayna və Rusiya yaxınlaşmaqdansa, uzaqlaşırlar. Elə Ukraynadan Krıma elektrik verilişinin yubanması və qismən bərpası da bu fundamental reallığı dəyişmir».

XS
SM
MD
LG