Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:01

-

Dekabrın 11-də Rusiya, Birləşmiş Ştatlar və BMT Cenevrədə Suriya böhranı üzrə danışıqlar aparacaq. Bunu dekabrın 9-da BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura deyib.

Rusiya xarici işlər nazirinin müavini Gennady Gatilov söyləyib ki, Rusiya Suriyada terrorçuluqla mübarizədə birgə səylərin gücləndirilməsi üçün planını təqdim edəcək.

Cenevrə görüşündə ABŞ və Rusiyanın baş xarici diplomatları iştirak etməyəcək.

ABŞ-ın Yaxın Şərq üzrə diplomatı Anne Patterson Vaşinqtonu təmsil edəcək.

De Mistura Reuters-ə deyib ki, bu danışıqlar “gələcək Vyana görüşlərinin daha yaxşı təşkili üçün” hazırlıq məqsədi güdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG