Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:56

-

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi noyabrın 28-də borcunu ödəmədiyi üçün əlləri kəsildiyi bildirilən Zaqatala rayon sakini Vüsal Bəşirov haqqında məlumat yayıb.

Məlumatda deyilir ki, radikal dini təriqətlərdən birinə mənsub olan rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq istəyiblər:

«Kirayədə yaşadıqları evə aparıb, Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıblar. Onlar Vüsal Bəşirovu tanışları Akif Mustafayevin avtomobili ilə şəhərin «Asma körpü» deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan məhrum ediblər».

Adıçəkilən şəxslərin Vüsal Bəşirovun hər iki əlini balta ilə bilək nahiyəsindən kəsdiyi və qanitirmədən ölə biləcəyinə əmin olduqdan sonra zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə yerindən qaçdıqları bildirilir.

Araz Musayev özü polisə təslim olub, Rəşad Tahirov və Akif Mustafayev isə istintaqdan gizlənsələr də, daha sonra saxlanılıblar.

Rəşad Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə), 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), Araz Musayevə 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri, Akif Mustafayevə isə 145.2.4-cü maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Vüsal Bəşirovun atası mətbuata oğlunun həmin şəxslərə borcu olduğunu, ancaq bunu ödəyəcəyinə söz verdiyini demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG