Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:22

Əliyev Çindən Bakı ilə canlı bağlantı yaratdı


İlham Əliyev
İlham Əliyev

-

Çində səfərdə olan Azərbaycan prezidenti dekabrın 10-da Pekində Paytaxt Muzeyində və «Huawei» şirkətinin Pekindəki Sərgi Mərkəzində olub.

Paytaxt Muzeyində Çin mədəniyyətinin müxtəlif dövrlərinə aid 200 mindən çox eksponat olsa da, kolleksiyanın yalnız kiçik bir hissəsi nümayiş etdirilir.

«Huawei» dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab edilir. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. «Huawei»in 170 mindən artıq əməkdaşı var.

Şirkətin Azərbaycanda nümayəndəliyi də fəaliyyət göstərir. Prezident şirkətin sərgisində olarkən nümayəndəliklə canlı bağlantı yaradılıb.

XS
SM
MD
LG