Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:32

-

Facebook-un yaradıcısı və sahibi Mark Zuckerberg dekabrın 9-da müsəlmanlara mesaj yazıb ki, onları bu sosial şəbəkədə qisas hücumlarından qoruyacaq.

Parisdə və Kaliforniyada silahlı islamçıların hücumlarını, ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Trump-ın müsəlmanların ölkəyə girişinə qadağa qoyulmasına dair təklifini yada salan Zuckerberg yazır ki, müsəlmanlar “digərlərinin hərəkətləri üçün təqibə məruz qalacaqlarından” ehtiyatlana bilərlər.

“Bilməyinizi istəyirəm ki, burada sizi həmişə gözləyirik və hüquqlarınızın müdafiəsi, sizin üçün dinc və təhlükəsiz mühit yaratmaq uğrunda mübarizə aparacağıq”, Zuckerberg deyib.

“Bir yəhudi olaraq, valideynlərim mənə öyrədiblər ki, bütün icmalara hücumlara qarşı dayanmalıyıq. Bu gün hücum sizə qarşı deyilsə belə, istənilən bir şəxsin azadlığına hücumlar hamıya təsirini göstərəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG