Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

-

Niafidol (el arasında bit dərmanı kimi tanınır) içərək özünə qəsd edən Quba rayon İcra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi Füzuli Şərifov dekabrın 9-da axşam saatlarında vəfat edib.

Xəbəri «Report» yayıb.

48 yaşlı Füzuli Şərifov ilkin olaraq güclü zəhərlənmə diaqnozu ilə Quba rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Ancaq az sonra o, Bakıdan çağırılmış toksikoloqun müşayiəti ilə paytaxtın 1 Saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə göndərilmişdi.

Həmin Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov iki gün öncə - dekabrın 8-də AzadlıqRadiosuna demişdi ki, xəstənin durumu ağırdır:

«Krizis dövrünü tam keçməyib. Qəbul etdiyi maddənin toksiki dozası çox olub. Əgər qarşıdakı 3 günlük krizis dövrünü də keçsə, yaşamasına ümid artacaq. Üç günlük krizisdən çıxmasa, vəziyyət yaxşı olmayacaq. Həkimlə onu itirə bilərlər».

F.Şərifovu intihara vadar edən səbəblər məlum deyil. Yerli media Füzuli Şərifovun borc üstündə intihar etdiyini yazır. Onu tanıyanlar icra nümayəndəsinin aldığı maaşla və həyətyanı təsərrüfatı ilə dolandığını bildirir.

Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG