Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

-

Qazax ədəbiyyatının nümayəndəsi, yazıçı, akademik, publisist, şair Baxitxoca Rüstemov Azərbaycanda rəsmi səfərdədir.

Baxitxoca Rüstemov Axundov adına Milli Kitabxanada OxuZalına müsahibə verib. O, qazax ədəbiyyatı, siyasəti, keçmişi, bugünü, sovet irsi, ədəbi əlaqələr haqda suallarımıza cavab verdi. Amma müsahibədən bir neçə saat sonra zəng edərək, onun çap edilməməsini təvəqqe etdi.

B.Röstemovun istəyinə hörmət edərək, müsahibəni yayımlamırıq. Yalnız müsahibədən qalan bir təəssüratı bölüşürük.

Dünyanın qaynar həyatına kənardan tamaşa edərək, özünəməxsus həyatını yaşayan Orta Asiya xalqlarının bir nümayəndəsi öz nitqində onlarca dəfə "beynəlxalq" sözü işlətdi.

O, bu sözü gah "Türk xalqlarını Beynəlxalq Assambleyası", "beynəlxalq görüşlər" kimi işlənməsi lazım olan yerlərdə, gah "beynəlxalq publisist", "beynəlxalq şair", "beynəlxalq məqalə" kimi işlənməsi o qədər də lazım olmayan yerlərdə işlətdi.

Nəticədə müsahibənin mətninə baxanda orada 23 "beynəlxalq" sözü saymaq olardı.

Niyə o, "beynəlxalq" sözünü bu qədər çox sevirdi?!

Nərmin Kamal

Günün bütün mövzuları

XS
SM
MD
LG