Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:43

-

Azərbaycan son 21 ildə ilk dəfə olaraq Dağlıq Qarabağ bölgəsində separatçıların mövqelərinə tanklardan atəş açıb. Bu barədə tanınmamış respublikanın müdafiə nazirliyi dekabrın 9-da məlumat yayıb. Açıqlamada bildirilir ki, 1994-cü il atəşkəsindən bəri ilk dəfə olaraq Qarabağda cəbhədə tanklardan istifadə olunub və Garik Avanesian adlı bir əsgər öldürülüb. “Tanklardan və qumbaraatanlardan 1500 atəş açılıb”, məlumatda belə deyilir.

Azərbaycan isə atəşi birinci Ermənistanın açdığını, sərhəd bölgəsindəki yaşayış məntəqələrinin 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan atəşə tutulduğunu bildirib. Azərbaycanın Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Dağlıq Qarabağdakı “düşmən ordusunun mövqelərinə” cavab zərbələri endiriləcək.

1990-cı illərin əvvəllərində separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib. 1994-cü il atəşkəsindən bəri münaqişənin həlli üzrə aparılan danışıqlarda elə bir ciddi irəliləyiş əldə olunmayıb.

ABŞ Dövlət Departamenti cəbhə xəttində gərginliyin artmasını pisləyib, tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb. “Zorakılığın artması və ağır silahlardan istifadə qəbuledilməzdir”, sözçü John Kirby deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG