Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:55

Beynəlxalq insan haqları günüdür


Siyasi məhbuslar.
Siyasi məhbuslar.

-

Dekabrın 10-u bütün dünyada insan haqları günüdür.

Həmin gün 1950-ci ildən BMT-nin qərarı ilə qeyd edilir. Məqsəd İkinci Dünya Savaşı zamanı baş vermiş insan haqları pozuntularının təkrarlanmamasına nail olmaqdır. BMT-nin İnsan Haqları Bəyannaməsi 1948-ci il dekabrın 10-da qəbul olunub.

Azərbaycan da müstəqillik qazandıqdan sonra həmin Konvensiyaya qoşulan ölkələr sırasındadır. İnsan hüquqları ilə bağlı bir sıra qanunlar qəbul edib, beynəlxalq öhdəliklərə imza atıb. Hakimiyyət ölkədə insan hüquqlarının təmin olunduğunu bəyan edir.

Beynəlxalq hüquq müdafiə təşkilatları isə bildirirlər ki, Azərbaycan hakimiyyəti insan haqlarını yetərincə müdafiə etmir. Ölkədə sərbəst toplaşmaq, ifadə və söz, seçki, azad məhkəmə, mülkiyyət hüququ və bu kimi təməl hüquq və azadlıqlar boğulur.

Bu yöndəki qanunlarda son illərdə bəzi sərtləşmələr var.

Bundan başqa, ölkədə 100-dək siyasi məhbusun olduğu bildirilir. Siyasi hakimiyyəti tənqid edən jurnalistlər, hüquq müdafiəçiləri, siyasətçilər həbsdədir. Beynəlxalq qurumlar həmin şəxslərin azadlığa buraxılmasını tələb etsə də, Bakı tənqidçilərini təqib etmədiyini, onların siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə həbs olunduqlarını bildirir.

Son bir ildə bu cür həbslərin artmasına və insan hüquqlarının pozulmasına görə ölkəni tərk edənlərin, siyasi sığınacaq alanların sayı da artmaqdadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG