Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:18

Səhər özünü qaydaya saldın, dərhal planetini qaydaya sal


Antoine de Saint-Exupéry, "Balaca şahzadə" kitabının klassik üz qabığı

Antoine de Saint-Exupéry, "Balaca şahzadə" kitabının klassik üz qabığı

-

Antoine de Saint-Exupéry, "Balaca şahzadə" əsərindən seçmələr

Antoine de Saint-Exupéry

Antoine de Saint-Exupéry

- Dəyişməz qayda: səhər durdun, yuyundun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.

- Mənim sirrim çox sadədir: Əsas şeyləri gözlə görmək olmur. Onları ürək görür.

- Yalnız və yalnız düz getsən, uzağa gedə bilməyəcəksən.

- Bəlkə də dünyada elə bir dil var ki, o dil sözlərdən düzəldilməyib, amma onu hər kəs başa düşür.

- Bütün böyüklər bir vaxt uşaq olublar. Amma onların yalnız bir neçəsinin yadındadır bu.

- Çiçəklərin nə danışdıqlarını dinləmək lazım deyil. Sadəcə onlara baxmaq və qoxlamaq lazımdır.

- Böyüklər kimi olmaqdan qorxuram, onlara rəqəmlərdən başqa heç nə maraqlı deyil.

- Kəpənəklərlə tanış olmaq istəyirsənsə, iki-üç tırtıla da dözməlisən.

- Bilirsənmi səhra niyə gözəldir? Onun harasındasa bir neçə vahə gizlənib.

- Hər kəsə ancaq bacardığı işi tapşırmaq lazımdır. Hakimiyyət ilk növbədə ağılla idarə edilməlidir.

- Yəqin ulduzlar ona görə parıldayır ki, hər kəs əvvəl-axır özünkünü tapa bilsin.

- Özün özünü mühakimə et. Ən çətini budur. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat çətindir. Özünü ədalətlə mühakimə edə bilsən, deməli, müdrik adamsan.

- Sənin Yer üzündə xoşladığın çiçək göydəki milyon-milyon ulduzların heç birində yoxdur. Bu kifayət edər ki, səmaya baxaraq özünü xoşbəxt hiss edəsən.

- Bir halda ki, sual vermisən, o zaman cavab almayınca əl çəkmə.

- Bütün yollar insana aparır.

- Sözlər insanların bir-birini başa düşməsinə yalnız mane olur.

- Öz əməllərində yaşayırsan, bədənində yox. Sən öz davranışlarınsan, başqa sən yoxdur.

- Sən qəşəngsən, amma boşsan. Heç kəs sənin uğrunda ölməz.

- Mən kədərli idim. Amma onlara dedim ki, yorğunam.

Günün bütün mövzuları

XS
SM
MD
LG