Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:08

Talibançıların Əfqanıstanın Qəndəhar şəhərindəki hərbi bazaya hücumu zamanı 37 dinc sakin ölüb, 30-u isə yaralanıb.

Bu barədə müdafiə nazirliyinin sözçüsü Dawat Waziri məlumat verir.

Qəndəhardakı aerodrom Əfqanıstanda ikinci ən böyük hərbi bazadır.

Yüngül və ağır silahlarla silahlanmış talibançılar dekabrın 8-i axşam saatlarında bazaya hücum ediblər.

Səhərədək davam edən atışmada həmçinin 9 talibançı öldürülüb.

Amma Waziri yerli və beynəlxalq qüvvələr arasında itkilərə aydınlıq gətirməyib.

NATO-nun sözçüsü beynəlxalq qüvvələr arasında itki barədə onlarda elə bir məlumat olmadığını deyir.

Amma əyalət qubernatorun nümayəndəsi yerli qüvvələr arasında da itkilər olduğunu deyir.

Talibançılar isə bu döyüşdə azı 150 nəfərin öldürüldüyünü deyirlər.

Amma Əfqanıstan rəsmiləri bunu təsdiqləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG