Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:31

-

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verib.

Bu barədə APA-ya məlumat verən C. Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, C.Hacıyev barəsində həbs-qətimkan tədbirinin dekabrın 5-də seçilməsinə baxmayaraq o, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: «Qanunvericiliyə görə, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməlidir. Onun həmin idarədə saxlanılmasının qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişik».

Nərimanov rayon Məhkəməsinin qərarı ilə C.Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

C.Hacıyev bu ilin fevralında manatın devalvasiyasından bir müddət sonra işdən çıxmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG