Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

-

1994-cü ildə «Sony» tərəfindən hazırlanan oyun konsolu «PlayStation» onlayn oyun platformasında müəyyən yer qazanıb.

«PlayStation»ın artıq ayrıca mobil mesajlaşma proqramı da hazırlanıb.

Bu mobil proqram «PlayStation»dakı dostlarla smartfondan əlaqə qurmağa kömək edəcək.

iOSAndroid cihazlar üçün «Sony» tərəfindən hazırlanan «PlayStation Messages» ödənişsiz olaraq istifadəyə verilib.

Proqramla dostlar arasında şəxsi mesaj göndərmək, 100 nəfərlik qruplar yaratmaq olar. Yazılı söhbətlə yanaşı, səs və görüntü də göndərmək mümkündür. Mobil applikasiya müxtəlif emosiyalar, stikerlərlə də zəngindir.

İstifadəçilərin «PlayStation» hesablarındakı dostları ilə söhbətləşməsi, xəbərləşməsi üçün yaradılan proqrama yeni funksiyaların əlavə edilməsi gözlənilir.

XS
SM
MD
LG