Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:45

-

Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri Sian şəhərindən başlayıb.

AzərTAC xəbər verir ki, İlham Əliyev Sian şəhərində Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.

1974-cü ildə kəşf edilən yeraltı heykəllər ordusu dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb.

Qazıntı aparılan ərazidən indiyədək təxminən 2000 əsgər heykəli tapılıb. Əfsanəyə görə, terrakota ordusu imperator Qin Shi Huang-ın (e.ə. 260–210) məzarını qoruyurmuş.

Hərbçilərin heykəllərinə baxan İlham Əliyev muzeyin xatirə kitabına öz fikirlərini yazıb.

Azərbaycan prezidentinin Çinə səfərinin başqa detalları barədə hələlik məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG