Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:40

-

2016-cı ilin yanvarında «Əli və Nino» filminin premyerası keçiriləcək. Heydər Əliyev Fondu xəbər verir ki,Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək ABŞ-ın nüfuzlu «Sundance» beynəlxalq film festivalında nümayiş olunacaq.

Filmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlamış və iyun ayınadək davam etmişdi. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.

«Əli və Nino» filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Thykier, rejissoru «BAFTA» mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə «Academy Award» mükafatı laureatı Christopher Hampton-dur. Filmdə Adam Bakri, Maria Valverde, Halit Ergenç, Mandy Patinkin, Connie Nielsen, Riccardo Scamarcio, Homayoun Ershadi, Fəxrəddin Manafov, Assaad Bouab, Numan Acar və digər məşhur aktyorlar çəkiliblər.

ABŞ-ın Yuta ştatının Park Siti səhərində təşkil olunacaq «Sundance» beynəlxalq film festivalı 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə baş tutacaq festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG