Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

Bu ölkələrdə olanlar üçün qaydalar sərtləşdi


Aeroport yoxlaması, arxiv fotosu

Aeroport yoxlaması, arxiv fotosu

-

İraq, İran, Suriya və Sudana səfər etmiş şəxslərin Birləşmiş Ştatlara gəlməsinə məhdudiyyətlər sərtləşdirildi. ABŞ Nümayəndələr Palatası dekabrın 8-də yekdilliklə bu qərara səs verib.

Adətən qısamüddətli səfərlər üçün viza tələb olunmayan 38 ölkənin vətəndaşları həmin 4 ölkədə olublarsa, viza üçün müraciət etməli olacaqlar. Səbəb bu 4 ölkənin son beş ildə terrorçuların çox olduğu məkana çevrilməsidir.

Eləcə də vizasız proqramda iştirak edən ölkələrdən tələb olunacaq ki, şübhəli terrorçular barədə informasiyanı ABŞ rəsmiləri ilə bölüşsünlər.

Nümayəndələr Palatası 14 noyabr Paris hücumlarından bəri artıq ikinci böyük təhlükəsizlik aktını qəbul edir. Prezident Obama qanunu imzalayacağını bildirib.

Ancaq Ağ Ev Suriya və İraqdan olan qaçqınlarla bağlı yeni sərt tələblər qoyan qanunvericilik aktına veto qoyacağını bildirib.

Senat hələlik sənədlərdən heç birini səsverməyə çıxarmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG