Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Suriya Moskvanın Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını qadağan elməsindən sonra Rusiyaya 700 min tondan çox sitrus meyvələri ixrac edəcək.

Bu barədə dekabrın 8-də Suriya sənaye palatasının rəhbəri Fares Chehabi məlumat verib.

O artıq dekabrın 8-də Rusiyaya ilk yük göndərildiyini deyir.

Chehabinin sözlərinə görə, Suriya Rusiyaya tekstil və digər malllar da göndərəcək.

Dəməşq sənaye palatasının rəhbəri Samer Debes isə bildirib ki, suriyalı iş adamları əməkdaşlığın imkanlarını müzakirə eləmək üçün Moskvaya getməyə hazırlaşırlar.

O Türkiyəyə qarşı sanksiyaların Suriya üçün real imkanlar açdığını deyir.

Qeyd edək ki, Moskva Türkiyənin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurmasına görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG