Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:14

Suriyadakı siyasi və silahlı fraksiyalar bprezident Bashar Assadla mümkün sülh danışıqları ərəfəsində vahid mövqeyə gəlmək üçün birlikdə Səudiyyə Ərəbistanına gedirlər.

Suriyadakı əsas üsyançı qrupların əksəriyyəti ilk dəfədir ki, bir araya gəlirlər.

Artıq dekabrın 8-də Ər Ryadda konfransla bağlı ilkin danışıqlar başlanıb.

Amma Əl Qaidənin Suriyadakı qanadı “Əl Nüsrə Cəbhəsi” və Suriya kürdləri görüşə dəvət olunmayıblar.

Dünya ölkələri vahid Suriya müxalifəti və hökumətin iştirakı ilə yanvarda sülh danışıqlarına başlanmasını istəyirlər.

ABŞ Dövlət katibi John Kerry Parisdə bildirib ki, dekabrın 18-də Suriya ilə bağlı yüksək diplomatik səviyyədə növbəti görüş keçirilə bilər.

Amma o qeyd edib ki, bu Səudiyyə Ərəbistanındakı konfransın nəticələrindən aslıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG