Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

Bakı vaxtı ilə saat 16-ya olan məlumata görə, itkin düşən neftçilərin axtarışı heç bir nəticə verməyib”.

Bunu dekabrın 8-də “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirdiyi brifinqdə deyib.

O bildirib ki, sabahdan etibarən hava şəraiti kəskin pisləşdiyinə görə axtarış əməliyyatları müvəqqəti dayandırıla bilər.

Balamirzə Ağarəhimov hazırda yanğının davam etdiyini və hazırda orda əməliyyat aparıldığını deyib.

Onun sözlərinə görə yanğının söndürülməsinə xarici mütəxəssislər də cəlb olunub.

Dekabrın 4-də platformada baş verən yanğında 33 nəfər köçürülüb, 7 nəfərin cəsədi aşkar edilərək sahiblərinə verilib, qalan 23 nəfərin axtarışı davam edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG