Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:35

-

Dekabrın 8-də Fövqəladə Hallar Nazirliyinin «Vixr-9» yanğınsöndürmə gəmisinin komandiri Vyaçeslav Kryuçkov vəfat edib.

Nazirliyin yaydığı məlumatda deyilir ki, Vyaçeslav Kryuçkov son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edib. Onun səhhəti dekabrın 7-də qəfil pisləşib. Xəstəxanaya yerləşdirilsə də ürək çatışmazlığından vəfat edib.

«Vixr-9» yanğınsöndürmə gəmisi «Günəşli» yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ərazisinə ilk yaxınlaşan gəmi olub.

46 yaşlı Vyaçeslav Kryuçkov 2008-ci ildən «Vixr-9» yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb.

Dekabrın 4-də «Günəşli» yatağı platformasında baş verən yanğında 33 nəfər köçürülüb, 7 nəfərin cəsədi aşkar edilərək sahiblərinə verilib, qalan 23 nəfərin axtarışı davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG