Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

-

Dekabrın 7-də Bakıda Türk filmləri həftəsi başlayıb.

Film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində «Günəşli» yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Film həftəsi çərçivəsində ilk olaraq rejissor Osman Sınav-ın «Uzun hekayə» filmi nümayiş edilib.

«Türk filmləri həftəsi»ndə 8 bədii və 1 sənədli film tamaşaçılara nümayiş olunacaq. «120», «İmam», «Lal gecə», «Sərvi boylum, al yazmalım», «Mommo bacım», «Gəlin», «Kırımlı» bədii və «Tunel» sənədli filmlərdir.

Nümayişlərlə yanaşı, filmin rejissoru və ssenaristləri ilə görüşlər, «imza günləri» və ustad dərsləri də keçiriləcək.

Dekabrın 12-dək davam edəcək həftə çərçivəsində nümayiş olunacaq filmlərə giriş sərbəstdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG