Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:36

«Sona bülbüllər»in ifaçısının 80 illiyidir


Qədir Rüstəmov
Qədir Rüstəmov

-

Dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Gecədə xanəndənin repertuarından mahnılar səsləndiriləcək.

Q.Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Onun oxuduğu «Sona bülbüllər», «Apardı sellər Saranı», «Sarı gəlin» və başqa mahnıları çoxları yaxşı xatırlayır.

Xanəndə 2011-ci il dekabrın 13-də vəfat edib.

XS
SM
MD
LG