Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:07

DİN: Nardaranda zibillikdən silah tapılıb


Nardaran
Nardaran

-

Daxili İşlər Nazirliyi dekabrın 7-də polis əməkdaşlarının Nardaran qəsəbəsində silah-sursat tapması haqda xəbər yayıb.

Məlumata əsasən, məişət tullantıları yığılmış yerdə 1 ədəd «Makarov» tipli tapança, 1 ədəd «Vinçester» markalı tüfəng və 13 ədəd patron aşkarlanıb.

Dekabrın 1-dən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində əməliyyat keçirir. Evlərdə silah-sursat axtarılır.

Daxili işlər naziri Ramil Usubov deyib ki, Nardaranda bu vaxta kimi heç kim könüllü silah təhvil verməyib.

Nazir demişdi ki, kim əlində olan silahı kənddəki polisə təhvil versə, cinayət məsuliyyətinə cəlb olunmayacaq.

Nardaranda əməliyyat davam edir.

XS
SM
MD
LG