Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

Məktəblərin sosial şəbəkəsi yaradılıb


Məktəb icmaları.
Məktəb icmaları.

-

Azərbaycanda məktəb icmalarının sosial şəbəkəsi yaradılıb.

Bu barədə məktəb icmalarının yaradılması üzrə pilot layihənin Bakıdakı təqdimatında məlumat verilib.

Təqdimatda bildirilib ki, şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan məktəb icmaları məktəb həyatını daha da yaxşılaşdırmaq üçün yaradılıb.

«Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik» devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

İcma üzvləri www.community.az saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilərlər. Hər bir icma üzvü bu sosial şəbəkə vasitəsilə əlaqələrini genişləndirib məktəbdə görülən işləri təbliğ edə və həyata keçirilən layihələr haqqında ətraflı məlumat verə bilər.

Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib.

XS
SM
MD
LG