Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:34

Monteneqroya NATO-ya olar, Gürcüstana yox?


NATO və Monteneqro bayraqları.
NATO və Monteneqro bayraqları.

-

carnegieeurope.eu saytında Judy Dempsey Monteneqronun NATO-nun 29-cu üzvünə çevriləcəyindən yazır:

«NATO-nun Monteneqronu sıralarına qəbul etmək qərarı regiondakı digər ölkələrə belə bir siqnal göndərir ki, alyans genişlənməyə açıqdır. Ancaq Monteneqro kimi yüksək korrupsiyaya uğramış ölkənin qəbulu həm də mənfi siqnal verir».

«Monteneqroda hüququn aliliyi sahəsində çatışmamazlıqlar, zəif idarəçilik, mediaya artan hücumlar NATO-nun demokratik dəyərlərə sadiqliyini zərbə altında qoyur. Avropa Komissiyası illik hesabatında ölkənin demokratik institutlarının hökumət təzyiqinə necə məruz qalmasından bəhs edirdi. Ancaq bu da NATO-nun qərarına təsir göstərə bilmədi».

«İndi ki, Monteneqronun gələcək təhlükəsizliyini NATO təmin edəcək, bəs Gürcüstanın gələcəyi necə olsun? Gürcüstan illərdir NATO-ya qoşulacağı günü gözləyir. Gürcüstanda bu üzvlüyə böyük dəstək var, baxmayaraq ki, Monteneqroda ictimaiyyətin azı 1/3-i NATO üzvlüyünə qarşı çıxır».

Müəllif Gürcüstanın müdafiə qüvvələrini modernləşdirməsinə, ordu üzərində güclü və şəffaf ictimai nəzarət qurmasına diqqət çəkir. Ölkə korrupsiyanı dəf edib. NATO missiyalarına töhfəsini verib.

Judy Dempsey yazır ki, NATO-nun daxilində radikal dəyişiklik olmasa, Gürcüstan proqnozlaşdırıla biləcək gələcəkdə üzvlük təklifi alacağına şanslı görünmür. Səbəb Rusiyadır. NATO-nun bir sıra böyük üzvləri bu ölkəni müdafiə edə bilməyəcəkləri üçün üzvlüyə qarşı çıxırlar.

Gürcüstanı müdafiə etmək onu Rusiyaya qarşı müdafiə etmək deməkdir. Hansı NATO ölkəsi Rusiya ilə savaşmağa hazırdır?

Gürcüstandakı Atlantik Şurasının prezidenti Vasil Sikharulidze deyir ki, NATO-nun Gürcüstanla bağlı aydın siyasətinin olmaması Rusiyanı cəsarətləndirib: «Hal-hazırda regionda yüksək dərəcədə qeyri-sabitlik var. NATO-nun varlığı Qafqazın bu hissəsində təhlükəsizlik və sabitliyə töhfəsini verərdi».

Abdelhamid Abaaoud, İŞİD-in Belçikadan olan döyüşçüsü.
Abdelhamid Abaaoud, İŞİD-in Belçikadan olan döyüşçüsü.

İRAQ VƏ SURİYADA XARİCİ DÖYÜŞÇÜLƏRİN SAYI İKİ DƏFƏ ARTIB

İraq və Suriyada silahlı qruplara qoşulmağa gedənlərin sayı son 18 ayda iki dəfə artıb. Nyu-Yorkda mənzillənən «Soufan Group» beynəlxalq konsultasiya firmasının hesabatında belə deyilir. Hazırda Suriya və İraqda 27 mindən 31 minədək xarici döyüşçü var. Ötən ilin iyununda bu rəqəm 12 min idi. Özəlliklə də, Qərbi Avropadan gedənlərin sayı iki dəfədən də çox artıb. Şimali Amerikadan Suriya və İraqa gedənlərin sayı nisbətən dəyişməz qalıb.

«Newsweek»də Lucy Westcott yazır ki, ötən ay Parisdə törədilmiş hücumlardan sonra Suriyaya gedən avropalıların qayıdıb hücumlar təşkil edəcəyi sarıdan narahatlıq artıb.

Hesabatda o da bildirilir ki, silahlı qruplara qoşulanların çoxalması bu axını önləmək cəhdlərinin elə də fayda vermədiyini üzə çıxarıb.

Xarici döyüşçülərin yarıdan çoxu - 16 min 240 nəfəri Yaxın Şərqdən gedib. Avropa üçüncü yeri tutur. Rusiyada 2 min 400, Türkiyədən 2 min 100 nəfər silahlılara qoşulub.

Təxminən 1000 nəfər Belçika, Fransa, Almaniya və Böyük Britaniyaya qayıdıb. Ümumilikdə isə, Qərbi Avropadan gedənlərin 20-30 faizi qayıdır. Hesabatda vurğulanır ki, ötən ilin iyunu ilə müqayisədə adamların silahlılara qoşulmasında ailə üzvləri və dostları getdikcə daha böyük rol oynamağa başlayır.

Ukraynada tank zavodu.
Ukraynada tank zavodu.

ANKARA UKRAYNAYA NECƏ YAXINLAŞIR

Moskva ilə Ankara arasında gərginlik davam etdikcə, Türkiyə üzünü Kremlin daha bir düşməninə – Şərqi Avropa ölkəsi olan Ukraynaya çevirir. Türkiyə və Ukraynanın müdafiə şirkətləri tank modernləşdirmə proqramları üzrə danışıqlara başlayıblar. Bunu ibtimes.com saytında Lydia Tomkiw yazır.

Ukraynanın «Ukroboronprom» və Türkiyənin «Aselsan» şirkətləri tankların müasirləşdirilməsi üçün birgə proqramlar yaratmağın yollarını arayırlar. Türkiyə hökuməti noyabrın sonunda «Aselsan» ilə «Akkor» adlı silah sistemi üzrə kontrakt bağlayıb. Bu sistem tank əleyhinə raketlərdən qoruyur.

«Türkiyə uzun müddət enerji baxımından Rusiyadan asılı olub. İki ölkənin ticarət əməkdaşlığı 31 milyard dollarla ölçülür. Rusiya təyyarəsinin vurulmasından sonra Kreml Türkiyədən kənd təsərrüfatı məhsullarına sanksiyalar qoyulub. Sanksiyalar turizm sektorunu da əhatələyir».

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun əməkdaşı Jacob Funk Kirkegaard deyir ki, gündəlik ticarətdə əsas uduzan Türkiyə olacaq: «Rusiya tez xarab olan məhsullara da sanksiya qoysa, Türkiyə onları başqa yerdə sata bilməyəcək».

XS
SM
MD
LG