Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

Rusiya Ermənistanda bazanı gücləndirir


Rusiya və Ermənistan prezidentləri Gümrüdəki bazada, arxiv fotosu

Rusiya və Ermənistan prezidentləri Gümrüdəki bazada, arxiv fotosu

-

Rusiya Ermənistandakı hərbi bazasını gücləndirmək məqsədilə buraya hücum və nəqliyyat vertolyotları yerləşdirib. Məlumatı dekabrın 8-də Rusiya Müdafiə Nazirliyinə istinadla RIA xəbər agentliyi yayıb.

Paytaxt Yerevan yaxınlığındakı bazaya 7 ədəd MI-24 və Mi-8 vertolyotu gətirilib. Nazirlik bildirir ki, ilin sonunadək bazaya daha bir partiya vertolyot göndəriləcək.

Bu baza 1995-ci ildə yaradılıb və 1998-ci ildən bəri Rusiya MIG-29 döyüş təyyarələrini buraya yerləşdirir.

Rusiya Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə də hərbi baza saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG