Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:32

Bit dərmanı içən Şərifovun durumu ağırlaşıb


Həkim
Həkim

-

Qubanın Xınalıq kəndinin dekabrın 2-də intihara cəhd etmiş icra nümayəndəsi Füzuli Şərifovun vəziyyəti daha da ağırlaşıb.

Bu haqda AzadlıqRadiosuna Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib:

«Bu gün səhər tezdən yenə də konsilium etmişik. Lazım olan mütəxəssislər – cərrah, kardioloq, reanimotoloq, hamısı baxıb. Nəzarət altındadır. Ancaq vəziyyəti hələ də ağırdır. Bu gecə vəziyyəti bir az da kəskinləşmişdi, huşu üstündə deyil.

Krizis dövrünü tam keçməyib. Qəbul etdiyi maddənin toksiki dozası çox olub, Əgər qarşıdakı 3 günlük krizis dövrünü də keçsə, yaşamasına ümid artacaq. Üç günlük krizisdən çıxmasa, vəziyyət yaxşı olmayacaq. Həkimlə onu itirə bilərlər».

Füzuli Şərifov dekabrın 2-də intihar edib. Həkimlər onun el arasında «bit dərmanı» adlanan niafidol içdiyini bildirir.
İcra nümayəndəsi intihardan sonra əvvəlcə Quba rayon Mərkəzi Xəstəxanasına aparılmışdı. Dekabrın 3-də isə Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib.

Həkimlər onun özünə qəsd məqsədi ilə dərman içdiyini bildirir.
Yerli media Füzuli Şərifovun borc üstündə intihar etdiyini yazır. Onu tanıyanlar icra nümayəndəsinin aldığı maaşla və həyətyanı təsərrüfatı ilə dolandığını bildirir.

XS
SM
MD
LG